“Zirə” bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə mübarizə aparan Azərbaycan təmsilçisi cavab matçını evdə keçirəcək.
İlk görüşü Nikosiyada baş tutub və “Zirə”nin ağır məğlubiyyəti ilə başa çatıb. Rəşad Sadıqovun komandası indi ən azı həmin darmadağının qisasını almağa çalışacaq.
Qeyd edək ki, cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq, məğlub tərəf isə avrokuboklarla vidalaşacaq.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust
20:00. Zirə – Omoniya
Baş hakim: Vitali Spasyonnikov (Latviya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 0:6.