Nyu-Yorkda “US Ope”in 3-cü günü geridə qalıb. Bir neçə oyun 5 set davam edib.

Argentina derbisində Tomas Martin Etçeverri Fransisko Çerundolaya qalib gəlib – 3:2. Rusiyalı Andrey Rublyov da dönüş edərək 0:2 geridə olduğu matçda qələbə qazanıb. O, fransalı Artur Rinderkneşdən üstün olub.

Serbiyalı Miomir Kesmanovç Lorenso Muzetti ilə qarşılaşmada üstünlüyünü qoruya bilməyib. İtalyan tennisçi çətin qarşçılaşmanı qələbə ilə bitiriərərk növbəti mərhələyə adlayıb.

Son vaxtlar yaxşı formada olan Qael Monfis Kasper Ruuda məğlub olub – 1:3. Serbiyalı Novak Cokoviç isə çətinlik çəkmədən Laslo Cer üzərində qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp