Formula 1-in təkər tədarükçüsü “Pirelli” şirkəti “Autodromo Nazionale Monza”da yeni asfalt örtüyü barədə bəyanat verib.

Yeni asfalt örtüyünün salınması işləri avqustun əvvəlində başa çatdırılıb. “Pirelli” mühəndislərindən ibarət qrup yeni asfalt səthini yoxlayaraq məlumatları FIA və komandalarla paylaşıb.

“Yeni döşənmiş asfaltda səth əvvəlkindən daha hamar və rəngi daha tünddür. Tünd olduğuna görə də günəşin düşməsindən daha çox qızacaq və 50°C-dən yuxarı olacaq. Nəzəri cəhətdən, yeni səth daha yaxşı ilişmə etməlidir ki, bu da təkərlərin temperaturuna təsir edəcək və təkərlərin aşınmasının səbəb olacaq. Buna görə də komandalar yarış strategiyasını hazırlayarkən bunu nəzərə almalıdır” – deyə bəyanatda qeyd edilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp