Növbəti mövsümdə Xorvatiyanın “Cibona” komandasında iki məşqçi olacaq. Bu barədə “Sportske Novosti” məlumat yayıb.

Bir məşqçi Barisa Krasiç Xorvatiya liqasında, Kris Tomas isə ABA liqasında komandaya rəhbərlik edəcək.

“Sportske Novosti”nin məlumatına görə, Xorvatiya Basketbol Federasiyasına olan borcun (600 min avro) ödənilməsi prosesində iştirak etməyən xarici sərmayə qrupu Kris Tomasın yeni baş məşqçi təyin olunmasında israrlı olduğunu bildirib.

Problem ondadır ki, onun Xorvatiya liqasında məşqçilik etməyə icazəsi yoxdur. Belə ki, reqlamentə əsasən, əcnəbi məşqçi karyerasında bir dəfə də olsun kubok qazanmayıbsa, protokollara salına bilməz.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp