“Karvan” transfer çalışmalarını davam etdirir. Yeni mövsümdə iddialı olmaq istəyən I Liqa klubu legionerləri heyətinə qatır.

Futbolinfo.az xəbər verir ki, yevlaxlılar iranlı Peyman Keşavarzi ilə ilkin razılıq əldə edib. Danışıqlar müsbət yekunlaşsa, müdafiəçi ilə bir illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 28 yaşlı Peyman “Sumqayıt”, “Səbail”, “Kəpəz” kimi klublarımızda forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp