Aaron Ramsdeyl “Arsenal”dan ayrılır. Əsas heyətə düşməkdə çətinlik çəkən qolkiper bu mövsümü icarədə keçirəcək.

Futbolinfo.az xəbər verir ki, bir neçə təklifi olan qolkiper İngiltərədə qalmaq niyyətindədir. Bu səbəbdən o, daha yaxşı təklif göndərən “Sauthempton”la danışıq aparır. Həftə ərzində yekun qərar verilməlidir.

“Arsenal” Ramsdeylin gedişi rəsmiləşən kimi “Espanyol”dan Xuan Qarsiyanı heyətinə qatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp