“Komo” transferə doymur. İtaliya A Seriyasının debütantı daha bir keçidi rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, elitada yerini möhkəmləndirmək istəyən komanda indi də Mark-Oliver Kempfı heyətinə qatıb. 29 yaşlı alman mərkəz müdafiəçisi 3 illik müqavilə bağlayıb.

2,5 milyon avroya “Herta”dan alınan oyunçu ilk dəfə ölkədən kənara çıxacaq. O, bugünədək yalnız Bundesliqada oynamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp