Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mükafat alıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Liga Portugal Awards” onu Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi xüsusi mükafata layiq görüb.

Qeyd edək ki, Fernandu Santuş millimizdə debütünü sentyabrın 5-də Millətlər Liqasının I turu çərçivəsində İsveçlə Bakıda keçiriləcək oyunda edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp