Belçika millisinin hücumçusu Romelu Lukakunun yeni klubu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu İtaliyanın “Napoli” klubu ilə anlaşıb.
O, 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq. İtaliya klubu bu transferi 30 milyon avroya rəsmiləşdirib.
Son mövsümü icarə əsasında “Roma”da keçirən Lukaku 47 oyunda 21 qol vurub.