Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tallində Estoniya, 8-də isə Koşitsedə Azərbaycan milli komandasına qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.

Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;
Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyomber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkriniar, Adam Obert, David Hançko, Samuel Kozlovski;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokornı, Yuray Kuçka, Ondrey Duda, Laşlo Benes, Tomaş Riqo, Matuş Bero;
Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, İvan Şranz, Tomaç Suslov, David Streleç, Robert Bojenjk.

Qeyd edək ki, Slovakiya – Azərbaycan qarşılaşması sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında keçiriləcək.

Shares: