Bu gün UEFA Çempionlar Liqasının ilk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib.

Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkilib, daha sonra kompüter nəzarəti ələ alıb və komandaların 8 rəqibini seçib.

Püşkü əfsanəvi futbolçular Canluici Buffon və Kristiano Ronaldo çəkiblər.

36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

İlk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq. Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.

24ba0c1e 79bb 3a94 90e0 dd84fd4ac836 - Futbolinfo.az
3c30981a 7131 3d43 923e 9e2339d32572 - Futbolinfo.az
a391b45a 7adf 334b aa21 29d9b15c64f4 - Futbolinfo.az
64a7822d 8228 3554 a280 01f2232c1803 - Futbolinfo.az
Shares: