UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milliləri ilə qarşılaşacaq Slovakiya yığması ciddi itki ilə üzləşib.
Futbolinfo.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Patrik Qroşovski qarşıdakı matçlar üçün heyətə çağırılmayıb.
Bunu baş məşqçi Françesko Kaltsona açıqlayıb. İtaliyalı mütəxəssis 32 yaşlı orta sahə oyunçusunun şəxsi səbəbdən icazə aldığını bildirib: “Qroşovskinin övladı dünyaya gələcək. O da ailəsi ilə birlikdə olmaq istədi. Ailə mənim üçün hər şeydən əvvəl gəlir. Bu üzdən Qroşovskiyə icazə verdim”.
Qeyd edək ki, sentyabrın 5-də Estoniyanın qonağı olacaq Slovakiya yığması bundan üç gün sonra Azərbaycan millisini qəbul edəcək.