UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Zaqreb “Dinamo”su arasında Bakıda keçirilən oyunu izləyənlər arasında xarici skautlar da olub.

Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, onlar arasında İtaliya klubu “Fiorentina”nın skautu da yer alıb.

Belə ki, A Seriyasının təmsilçiləri zaqreblilərin 2:0 hesabı ilə qalib gəldikləri Tofiq Bəhramov adına Respublika Stadionundakı matçı tribunadan izləyiblər. Onların səfərinin məqsədi isə “Dinamo”nun yarımmüdafiəçisi Martin Baturina olub.

Florensiyalılar bu transferi həyata keçirmək üçün məhz Bakıda “Dinamo” rəhbərliyi ilə bir araya gəlib. “Fiorentina” 21 yaşlı hücumameyilli oyunçu üçün qarşı tərəfə 14 milyon avro və əlavə bonus təklif edib. Lakin bu məbləğ xorvatiyalıları razı salmayıb. Klub milli üzvünün transferi üçün 20 milyon avro istəyib.

Shares: