“Səbail”lə oyuna köklənmişik, müsbət nəticə əldə etmək istəyirik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un hücumçusu Otto Con deyib.

Nigeriyalı forvard bu gün Premyer Liqanın 5-ci turunda “Səbail”ə qarşı keçirəcəkləri matçdan danışıb: “Asan qarşılaşma olmayacaq. Ümumiyyətlə, çempionatda bütün rəqiblərə qarşı oynamaq çətindir. Maksimum gücümüzü ortaya qoymalıyıq”.

Con ötən tur “Qarabağ” üzərində qazanılan 1:0 hesablı qalibiyyətin onlara motivasiya olacağını da sözlərinə əlavə edib: “Əlbəttə ki, bu, bizə motovasiya olacaq. Amma çempionat bitmir və biz artıq həmin oyunu geridə qoyduq. Qarşıdakı matçlara fokuslanmalıyıq. Çətin marafon var”.

Hücumçu “Qarabağ”la matçdakı inamlı çıxışına isə belə şərh verib: “Mən deyə bilmərəm ki, necə oynamışam, buna kənardan baxanlar qiymət verə bilər. Amma həmişə düşünürəm ki, daha yaxşısını bacarardım. Çünki qol vurmaq üçün şanslarım var idi. Daha yaxşı oynamağa və komandama kömək etməyə çalışacam”.

ABBAS

Shares: