Avrokuboklarda pley-off mərhələsinə yekun vurulub.

Futbolinfo.az saytı xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasının cavab oyunlarının ardından UEFA reytinqində müəyyən dəyişikliklər olub.

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Kipr klubu “Omoniya”nı 1:0 hesabı ilə məğlub edən “Zirə” ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. 26-cı pillədə qalan Azərbaycan xal ehtiyatını 19.125-ə yüksəldib.

Baş tutan matçlar Avstriya, İsveçrə, Serbiya, Slovakiya, İslandiya, Finlandiya və Andorranın irəliləməsinə, İsrail, Danimarka, Şotlandiya, Ukrayna, Macarıstan, İsveç, Latviya, Farer adaları və Cəbəllütariqin irəliləməsinə səbəb olub.

UEFA reytinqinə 89,303 xalla İngiltərə başçılıq edir.

Shares: