Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Beşiktaş – Sivasspor: 1

* “Beşiktaş” ilk iki turda xal itirməyib.

* “Sivasspor” ötən tur evdə “Eyüpsor”a 0:1 hesabı ilə məğlub olub.

* “Beşiktaş” son 4 mövsümdə evdə “Sivasspor”u məğlub edib.

* “Beşiktaş” evdə keçirdiyi son 4 oyunun 3-də qalib gəlib.

SÜRPRİZ KUPON ÜÇÜN

Mançester Yunayted – Liverpul: 1x

* “Mançester Yunayted” Premyer Liqada keçirdiyi son 2 ev oyununda qalib gəlib.

* “Mançester Yunayted” son 6 rəsmi oyunun 5-də əsas vaxtda uduzmayıb.

* “Mançester Yunayted” “Liverpul”a qarşı keçirdiyi son 3 ev oyununda məğlub olmayıb.

* “Liverpul” Premyer Liqada səfərdə keçirdiyi son 4 oyunun 3-də qələbə qazanmayıb.

QARIŞIQ KUPON ÜÇÜN

Yuventus – Roma: 1

* “Yuventus” ilk iki turda “quru” hesablarla qalib gəlib.

* “Roma” ilk iki tura 1 xal qazanıb və 1 qol vurub.

* “Yuventus” A Seriyasında evdə keçirdiyi son 2 oyunda qalib gəlib.

* “Roma” hazırlıq oyunlarını da nəzərə alsaq, son 7 oyunun 6-da qələbə qazana bilməyib.

* “Roma” A Seriyasında səfərdə keçirdiyi son 3 oyunun 2-də uduzub.

* Ötən mövsüm “Yuventus” evdə “Roma”nı 1:0 hesabı ilə məğlub edib.

ARZULANAN KUPON ÜÇÜN

Bayer Leverkuzen – Leypsiq: üst

* Hazırlıq oyunlarını da nəzərə alsaq, “Bayer”in keçirdiyi son 6 oyunun 5-i “üst” bitib.

* “Bayer”in bundesliqada keçirdiyi son 5 oyun məhsuldar alınıb.

* “Bayer”in Bundesliqada son 4 ev oyunu qollu keçib.

* “Leypsiq”in son iki səfər oyunu “üst” bitib.

* Ötən mövsüm bu komandalar arasında keçirilən hər iki oyunda “Bayer” 3:2 hesabı ilə qalib gəlib.

Shares: