Nyu-Yorkda keçirilən “Böyük dəbilqə” seriyalı turnirin 2-ci mərhələsinin oyunları başa çatıb. Bu gecə turnirdə əsas sensasiyalardan biri gerçəkləşib. Əsas favoritlərdən sayılan Karlos Alkaras gözlənilmədən Van de Zandsxulpa məğlub olub – 1:6, 5:7, 4:6.
Qeyd edək ki, Alkaras okeanın o tayında keçirdiyi son 3 görüşün 3-də məğlubiyyətlə üzləşib.
Digər favorit Yannik Sinner isə qələbə ilə yolunu davam etdirir. İtalyan tennisçi ABŞ-li Mixelseni 3 setdə məğlub edib.
Keçən il finala qədər irəliləyən Daniil Medvedev Marojana qalib gəlib – 3:0.
Qadınların mübarizəsində Naomi Osaka növbəti məğlubiyyətlə üzləşib. Turnirdə əsas favoritlərdən sayılan qazaxıstanlı Yelena Rıbakina isə zədə səbəbilə oyundan imtina edib.