Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Formula 3 təşkilatçıları avqustun 31-də Monzada İtaliya qran-prisi zamanı növbəti mövsüm üçün yeni şassini təqdim edəcəklər.
Xatırladaq ki, iyulun 28-də Belçikada sondan əvvəlki Formula 3 yarışı başa çatıb. Qələbəni “Roden” komandasından 18 yaşlı pilot Kallum Vuazin qazanıb. “Kampos”dan Sebastyan Montoya ikinci, “Trident”dən Leonardo Fornaroli üçüncü olub.
“Prema” komandası çempionatda erkən qələbəni təmin edib. Monzada baş tutacaq final mərhələsi öncəsi fərdi hesabda Fornaroli Minini bir, Brauninqi isə altı xal qabaqlayır.