“Kəpəz”in müvəqqəti baş məşqçisi bəlli olub. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda əvəzedici heyətin baş məşqisi Xaliq Mərdanova tapşırılıb. O, kollektivi Premyer Liqanın V turunda “Sabah”la matça hazırlayacaq. Mütəxəssis çempionat matçında da kollektivi meydana çıxaracaq.
Qeyd edək ki, “Kəpəz” ötən gün Adil Şükürovla yollarını ayırıb.