“Qolden Steyt Vorriors”un müdafiəçisi Stiven Karri arasında yeni anlaşma reallaşıb. Mənbənin məlumatına görə, tərəflər bir il müddətinə və ümumi dəyəri 62,6 milyon dollar olan yeni müqavilə bağlayıblar.
Beləliklə də, sözləşmənin müddəti 2027-ci ilə qədər uzanıb. Karri peşəkar karyerası ərzində təkcə komanda ilə müqavilələrdən 500 milyon dollardan çox qazanacaq.
Məlumatı tanınmış ekspert Bobbi Marks sosial şəbəkələrdəki səhifəsində bildirib.
Xatırladaq ki, Karri bütün karyerasını “Qolden Steyt”də keçirib. O, dördqat MBA çempionudur. Basketbolçu bu yay Paris Olimpiya Oyunlarının da qalibi olub.