“Əl Nəsr” daha bir müdafiəçi ilə güclənib. Səudiyyə Ərəbistanı klubu “Leypsiq”dən Məhəmməd Simakanla anlaşıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı Qvineya əsilli fransalı 5 illik müqavilə imzalayacaq. Oyunçu ilə 3 illik müqaviləsi qalan Bundesliqa klubu onu 45 milyon avroya satıb. 3 il öncə “Strasbur”dan 15 milyon avroya transfer edilən stopperin keçidi tezliklə rəsmən açıqlanacaq.
“Leypsiq” ona əvəzedici də tapıb. Alman klubu “Feyenoord”dan 24 yaşlı arxa xətt oyunçusu Lütsharel Hertrüdü heyətinə qatacaq. Bu transfer üçün Niderland klubuna 25 milyon avro ödəniləcək.