Türkiyənin “Nilüfer” voleybol klubunun 28 yaşlı üzvü Pilar Mari Viktoriya Lopez Türkiyədə yaşadığı mənzildə ölü tapılıb.
“Nilüfər” klubunun mətbuat xidmətinin məlumatına görə, Pilar səhər saatlarında komandanın səhər məşqində iştirak etməyib. Voleybolçu ilə əlaqə saxlamaq mümkün olmayanda klub rəhbərliyi onun axtarışı üçün yaşadığı ünvana texniki heyət göndərib və çarpayısında ölü bədənini aşkar edib.
Puerto-rikolu Pilar Mari Viktoriya Lopesin ölümünün dəqiq səbəbi hələlik məlum deyil. Məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ətraflı məlumat veriləcək.