Parataekvondoçu Sabir Zeynalov Azərbaycanın paralimpiya tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan 19 yaşlı idmançı buna Paris-2024 Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub.
K44 kateqoriyasında mübarizə aparan Zeynalov paralimpiadanı bürünc medalla bitirib. Bunadək isə dördilliyin ən böyük yarışında heç bir Azərbaycan parataekvondoçusu fərqlənməmişdi. S.Zeynalov oyunlarda ilk dəfə mükafatçılar sırasına düşüb.
Qeyd edək ki, Azərbaycanı Fransa paytaxtında 3 parataekvondoçu təmsil edir. Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.