Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Boks Federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
Bu barədə Futbolinfo.az-a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə antidopinq sisteminin əhəmiyyəti, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, Qadağan edilmiş siyahı və Terapevtik İstifadə üçün İstisnalar kimi önəmli antidopinq mövzuları barədə fikir mübadiləsi aparılıb.