“Hazırda “Kəpəz”lə bağlı dəqiq heç nə yoxdur. Axşama kimi hər şey bilinəcək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında adı Gəncə təmsilçisinin baş məşqçisi olmağa namizədlər siyahısında olan Azər Bağırov deyib.
O, eyni zamanda I Liqa klublarından da təkliflər aldığını bildiib: “Eyni zamanda I Liqa klublarından da təkliflərim gəlib. İlkin danışıqlar olub. Sadəcə, bəzi detallar var ki, onlar barəsində müzakirələr olacaq. Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, Azər Bağırovun sonuncu klubu “Araz-Naxçıvan” olub. O, bu ilin fevralından işsizdir. “Kəpəz” isə Adil Şükürovla iki gün öncə vidalaşıb.
GÜNAY SÜLEYMANOVA