Olimpiya oyunlarının mükafatçısı Yusuf Dikeç atıcılıq yarışları zaman məşhurlaşan duruşunu patentləşdirmək qərarına gəlib.
“TGRT Haber” kanalının məlumatına görə, idmançı Türkiyə Patent və Əmtəə Nişanı İdarəsinə müvafiq ərizə verib.
Paris Olimpiadasında 51 yaşlı Dikeç qarışıq atıcılıqda gümüş medal qazanıb. Onun tapança ilə ayaq üstə, əli cibində, səsi boğan qulaqcıqlar və atıcılıq eynəkləri olmayan şəkli sosial şəbəkələrdə memə çevrilib.
“Yusuf Dikeç Türkiyəyə nəinki gümüş medal qazandırdı, həm də ölkəmizin tanınmasına əhəmiyyətli dərəcədə təsir etdi. İdmançı özü də qeydiyyat prosesini diqqətlə izləyir”, – deyə Dikeçin adından ərizə verən şirkətin baş direktoru bildirib.