“Meydana qayıtmağım barədə nəsə demək çətindir”. Bu sözləri futbolinfo.az saytına “Qarabağ”ın qolkiperi Amin Ramazanov deyib.
Məşqdə aldığı zədə üzündən uzun müddətə sıradan çıxan qapıçı hələ ki, bərpa lə məşğuldur: “Hər gün özümü daha da yaxşı hiss edirəm. Amma qarşıda hələ çox iş var. Meydana qayıtmağım barədə nəsə demək çətindir. Çünki vəziyyətdən və gələcəkdə özümü necə hiss edəcəyimdən yola çıxacağıq. Lakin həkimlər mümkün qədər tez qayıtmağım üçün hər cür səy göstərirlər”.
Qeyd edək ki, Amin məşq prosesində xəsarət alıb. Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.
GÜNAY SÜLEYMANOVA