“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpik” (Lion) heyətini yeni futbolçu ilə gücləndirib. Fransa təmsilçisi “Qalatasaray”dan Vilfrid Zahanı icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu mövsümün sonuna kimi “Olimpik”də forma geyinəcək.

Zaha İstanbul klubunda 43 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Shares: