Serbiyalı tennisçi Novak Cokoviç “US Open” turnirinin 3-cü mərhələsində avstraliyalı Aleksey Popırinə uduzub. Bu, onun adıçəkilən turnirin 3-cü mərhələsində son 18 ildə ilk məğluniyyəti olub.
3 saat 20 dəqiqə davam edən görüşdə Cokoviç rəqibinə 1:3 (4:6, 4:6, 6:2, 4:6) hesabı ilə uduzub.
4-cü mərhələdə Popırin ABŞ təmsilçisi Frensis Tiafoya qarşı oynayacaq.
Qeyd edək ki, Cokoviç 24 qələbə ilə kişilər və qadınlar arasında Böyük Dəbilqə yarışlarında təkli halda ən çox qələbə qazanmış (Marqaret Kort ilə birlikdə) idmançıdır. O, ATP seriyalı turnirlədə 99 dəfə qalib gəlib, bunlardan 98-ni təkli halda bacarıb. Serbiyalı tennisçilərin cari reytinq siyahısında ikincidir.