“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sabah”la qarşılaşıb. Matç Gəncə klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda baş tutub.

Futbolinfo.az xəbər verir ki, 2:3 hesabı ilə məğlub olan Gəncə komandasının baş məşqçi postunu müvəqqəti icra edən Xaliq Mərdanovun oyundan sonra mətbuat konfransı keçirilib.

O, futbolçularda inamsızlıq və ruh düşkünlüyünün olduğunu bildirib:

“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Komandanı üç günə hazırlamışam. Çox vaxtımız olmayıb. Ciddi hazırlıq keçməmişik, sadəcə, komandanı motivasiya etdim. Uşaqlarda ruh düşkünlüyü, inamsızlıq var idi. Mən bunların öhdəsindən gəlməyə çalışdım. Hardasa müəyyən mənada öhdəsindən gəlmişdim, amma bir az təcrübə və rəqibin ustalıq səviyyəsi sonda nəticəsini verdi”.

Shares: