21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər veerir ki, bu məqsədlə komanda sentyabrın 2-dən 10-dək təlim-məşq toplanışında olacaq. U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.
Azərbaycan milli komandası sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da “Emile Mayrisch” stadionunda Lüksemburq yığması ilə, sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya seçməsi ilə üz-üzə gələcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Eldar Tağızadə – Tudelano (İspaniya)
- Xəyal Fərzullayev – Sumqayıt
- Rüstəm Samiqullin – Neftçi
- Süleyman Damadayev – Qəbələ
- İbrahim Ramazanov – Turan Tovuz
- Emin Rüstəmov – Səbail
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Eşqin Əhmədov – Qəbələ
- Abdulla Rzayev – Sabah
- Rüfət Əhmədov – Turan Tovuz
- Rüfət Abbasov – Şamaxı
- Mahir Həsənov – Kəpəz
- Qurban Səfərov – Şamaxı
- Mirəli Əhmədov – MOİK
- Rauf Rüstəmli – Şamaxı
- Emil Səfərov – Neftçi
- Xəyal Əliyev – Sabah
- Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
- Fərid Yusifli – Turan Tovuz
- Şahin Şahniyarov – Qəbələ
- Zeynəddin Abdurahmanov – Cəbrayıl
- Samir Məhərrəmli – Cəbrayıl
- Camal Cəfərov – Sabah
- Samir Abdullayev – Səbail
- Ağadadaş Salyanski – Neftçi.