Türkiyə 1-ci liqası təmsilçilərindən “Adanaspor”un baş məşqçisi Sol Bamba dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis 39 yaşında vəfat edib.
“Adanaspor” Bambanın vəfatı ilə əlaqədar açıqlama yayıb. Açıqlamada bildirilib: “Dünən “Manisa” ilə keçirilən matçdan öncə səhhəti pisləşən baş məşqçimiz Sol Bamba Manisa Celal Bayar Universitetinin xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib. Onun ailəsinə və bütün yaxınlarına başsağlığı diləyirik”.
Bamba bu ilin yayında Türkiyə klubuna baş məşqçi təyin edilmişdi.