İtaliyanın “Napoli” klubunun futbolçusu David Neres silahlı hücuma məruz qalıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin həyat yoldaşı sosial şəbəkə hesabında bildirib.

Hadisə Neapol təmsilçisinin “Parma”ya evdə qalib gəldikləri (2:1) 3-cü turun matçından sonra baş verib. O, maşını ilə evə gedərkən saxlanılıb və bahalı saatı oğurlanıb.

David Neres avqustun 22-də “Napoli” ilə müqavilə imzalayıb.

Shares: