Türkiyədə birinci liqasında 4-cü turun oyunları davam edir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin komandası “Bandırmaspor” səfərdə “Şanlıurfaspor”la qarşılaşıb.
Görüş “Bandırmaspor”un 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Diniyev də bu oyunda iştirak edib. O, meydana 81-ci dəqiqədə daxil olub.
“Bandırmaspor” turnir cədvəlində 7 xalla 5-cidir.