İtaliyada “Autodromo Nazionale Monza”da Formula 2 sprint yarışında avtoidmanda nadir hadisə baş verib. İki pilot finiş xəttini eyni vaxtda keçib.

Yarışın 22 dövrəsindən sonra norveçli Dennis Hauger və braziliyalı Qabriel Bortoleto yarışın qalibi Oliver Bermandan 14,840 saniyə geri qalaraq səkkizinci pillədə qərarlaşıblar.
Stüardlar hər iki sürücüyə səkkizinci yer vermək qərarına gəliblər və buna görə onlar yarım xal alıblar.

Formula 2. Sprint. İtaliya qran-prisi:

  1. Oliver Berman (“Prema”) – 22 dövrə;
  2. Viktor Martins (ART) +1,6;
  3. Coşua Duerksen (AIX Racing) +7,2;
  4. Pepe Marti (“Kampos”) +12,8;
  5. Zeyn Maloni (“Roden”) +13,4;
  6. Cek Krouford (“DAMS”) +13,4;
  7. Enzo Fittipaldi (Van Amersfoort) +13,5;
  8. Qabriel Bortoleto (“Invicta”) +14,8;
  9. Dennis Hauger (“MP Motorsport”) +14,8;
  10. İsak Hadcar (Kampos) +16,1.
Shares: