“Dubay” klubunun baş meneceri Dejan Kamenyaşeviç komandanın Avroliqada iştirakı barədə danışıb.

Xatırladaq ki, “Dubay” növbəti mövsümdən Adriatik Liqasında çıxış edəcək.

“Mən təfərrüatlara varmamağa üstünlük verirəm, çünki bu, bir çox fəsadlara səbəb ola bilər. Gələn il harada oynayacağımızı seçməkdə çətinlik çəkirik və beş mümkün variant arasında Avroliqa yoxdur.

Diqqətimizi yönəltdiyimiz yeganə şey, gələn il ABA-dan başqa bu beş liqadan birində kommersiya fəaliyyətimizi genişləndirməyimizdir.

Biz üç ildən çoxdur ki, Avroliqa ilə danışıqlar aparırıq, layihəmizin mahiyyətini onlara çatdırmaq üçün çox vaxt sərf etmişik. Problem bizdə deyil, Avroliqa daxilindəki vəziyyətdədir.
Hazırda görünən odur ki, onlar öz daxili məsələlərini həll edənə qədər yeni üzvləri qəbul edə bilməzlər”, – deyə “Basket News”a müsahibəsində Kamenyaşeviç bildirib.

Shares: