“Qarabağ”ın Avropa Liqasındakı rəqibləri “Malmö” və “Elfsborq” İsveç çempionatında növbəti oyunlarına çıxıblar.

Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar 21-ci turda matçlarını müvafiq olaraq evdə və səfərdə keçiriblər.

Birincilər “Yurqorden”i dörd cavabsız qolla üstələyib. Digər kollektiv isə “Brommapoykarna” ilə heç-heçə edib – 3:3.

“Malmö” 48 xalla liderdir. “Elfsborq” 33 xalla 6-cı pillədə qərarlaşıb. “Qarabağ” “Malmö” ilə oktyabrın 3-də evdə, “Elfsborq”la dekabrın 11-də səfərdə oynayacaq.

Shares: