“Çalışacağam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm”.

Futbolinfo.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.

30 yaşlı idmançı paralimpiada tarixində beşinci dəfə fəxri kürsüdə yer aldığını xatırladıb.

O, Paris-2024-də daha üç dəfə mübarizə aparacağını söyləyib.

Raman Saley Paris paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 2-də S13 kateqoriyasında 50 m sərbəst, sentyabrın 4-də 100 m sərbəst, sentyabrın 7-də isə 100 m batterflyay üsullarında çıxış edəcək.

Shares: