Formula 1 üzrə dünya çempionatının İtaliya qran-prisi geridə qalıb. Monzada keçirilən yarışda yerli tiffozinin gözü qarşısında “Ferrari” qələbə qazanıb.

Birinci yerdən start alan Lando Norris liderliyini itirib. İlk dövrənin ortalarında komanda yoldaşı Oskar Piastri onu ötüb.

Yarışın sonrakı hissəsində əsas mübarizə strategiyada gedib. Pit-stoplar yarışın taleyinə təsir edib. Hamıdan ağıllı davranan “Ferrari” komandasının strateqləri olublar. Məhz bunun sayəsində onlar əsas favorit və daha sürətli “Maklaren”dən üstün olublar.

Monakolu sürücü Şarl Lekler daha az pit-stop strategiyası sayəsində qalib gəlib. Oskar Piastri nə qədər çalışsa da, son hissədə rəqibinə yetişə bilməyib.

Podiumun 3-cü pilləsində yer alan Lando Norris Maks Ferstappenlə fərqi bir qədər azaldıb. Çempionatda onları 62 xal ayırır. Mühəndislər kubokunda isə “Red Bull”un üstünlüyü cəmi 8 xal qalıb.

Shares: