UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində ilk oyununu “Qarabağ”a qarşı keçirəcək “Tottenhem” zədəlilərlə bağlı ciddi problem yaşayır.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunun iki əsas heyət üzvü hazırda kollektivdən ayrı qalıb. Bunlar braziliyalı hücumçu Rişarlison və yayda transfer edilən ingiltərəli forvard Dominik Solankedir.
London klubunun baş məşqçisi Anqe Postekoqlunun sözlərinə görə, Solankenin durumuna milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra aydınlıq gələcək. Rişarlisonda da əzələ zədəsi var. Hər iki futbolçunun Avropa Liqasının “Qarabağ”la keçiriləcək ilk matçda iştirakı sual altındadır.
Qeyd edək ki, “Tottenhem” Liqa mərhələsində ilk oyununu sentyabrın 26-da Londonda “Qarabağ”a qarşı keçirəcək.