Məhəmməd Salah “Liverpul”dan ayrılacaq. Misirli futbolçu bu barədə özü danışıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu “Mançester Yunayted”lə dünn baş tutan Premyer Liqa matçından sonra jurnalistlərə açıqlama verib: “Bu, klubdakı son ilimdir. Sadəcə, zövq almaq istəyirəm, başqa heç nə barədə düşünməyəcəm”.

3:0 hesablı qələbəyə ikiməhsuldar ötürmə və bir qolla töhfə verən Salah əlavə edib: “Klubda heç kim indiyədək mənimlə hansısa yeni sözləşmə haqqında dnışmayıb. Təklif yoxdursa, deməli, gələcəyimi düşünməliyəm. Yeni anlaşma mənim əlimdə deyil. Necə olacağına baxacağıq”.

Xatırladaq ki, ardıcıl ikinci yaydır ki, Salahın Səudiyyə Ərəbistanına yollanacağı barədə xəbərlər dolaşır. Amma futbolçu müqavləsinin sonunadək Liverpul klubunda qalmağa qərar verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp