“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” ulduz oyunçu ilə anlaşmaq istəyir. Braziliya millisinin üzvü Villian bu məqsədlə Yunanıstana gedib.

Futbolinfo.az xəbər verir ki, “Fulhem”lə müqaviləsi bitən cinah oyunçusu azad agentə çevrilib. Cinah oyunçusu fürsətdən istifadə edərək gələn təkliflərdən ən cəlbedicisin qəbul etmək niyyətindədir.

Ərəb ölkələrindən bir neçə təklif alan Villianın niyyəti Avropada qalmaqdır. Bu səbəbdən ilk olaraq “Olimpiakos”un təklifi müzakirə ediləcək.

“Çelsi”, “Arsenal” kim klublarda oynamış brazilyalı son mövsümü “Fulhem”də keçirib. O, vətənindən və İngiltərə klublarından başqa “Şaxtyor” və “Anji”də də çıxış edib. İndi isə 36 yaşlı oyunçunun Yunanıstanda qərar tutmaq ehtimalı böyükdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp