Madridin “Real” komandası Cedi Osmanı transfer etmək niyyətindədir. “Sportando”nun məlumatına görə, türk forvard Madrid klubunun prioritet hədəfidir.

201 sm boya malik 29 yaşlı basketbolçu 2023/24 mövsümündə “San Antonio Spörs” komandasının heyətində 72 oyun keçirib. Bu oyunlarda onun göstəriciləri orta hesabla 6,8 xal və 2,5 ribaund təşkil edib.

Cedi hazırda azad agentdir. Onun 2019-cu ildə imzaladığı 31 milyon dollar dəyərində 4 illik müqaviləsi başa çatıb.

Osmanı “Anadolu Efes” də heyətində görmək istəyir. Onun karyerasının əvvəlində 5 mövsüm İstanbul klubunda oynadığını da xatırlatmaq lazımdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp