Yunanıstan klubu “Olimpiakos” Milli Basketbol Assosiasiyasının keçmiş oyunçusu fransalı Evan Furnye ilə iki illik müqavilə bağladığını açıqlayıb.

Xatırladaq ki, Evan 2012-2024-cü illərdə MBA-da çıxış edib. Fransız basketbolçunun çıxış etdiyi son klub “Detroit Pistons” olub. İyunun 29-da “Pistons” 19 milyon dollarlıq uzatma bəndindən imtina edərək Furnyeyə azad agent statusu verib.

Son MBA mövsümündə 31 yaşlı Furnye 29 oyun keçirib və bu oyunlarda orta hesabla 7,2 xal toplayıb.

Evan Parisdə keçirilən Olimpiadada Fransa yığması ilə gümüş medal qazanıb.

Shares: