“Lill” heyətini Antoni Marsialla gücləndirə bilər. “Mançester Yunayted”dən ayrıldıqdan sonra klubsuz qalan fransalı hücumçu ilə danışıqlar başlayıb.

Futbolinfo.az xəbər verir ki, artıq oyunçuya rəsmi təklif göndərilib. Şəxsi müqaviləsi ilə bağlı tələbləri böyük olan Marsial güzəştə getsə, keçid rəsmiləşəcək.

Marsial sonuncu dəfə Fransada 2015-ci ildə oynayıb. Lion “Oimpik”inin yetirməsini “Monako” 60 milyon avroya mançesterlilərə satmışdı. Bu yayadək İngiltərə klubuna məxsus olan Antoni 6 ay “Sevilya”da icarədə olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp