Madid “Real”ının 24 yaşlı braziliyalı futbolçusu Vinisius Junior sosial şəbəkələrdəki səhifəsində yeni paylaşım edib. O, çəkdiyi şəkli abunəçiləri ilə paylaşıb.
Vinisius Milli Basketbol Assosiasiyasının oyunçularının imzası olan formalar kolleksiyasını nümayiş etdirib.
Vinisius basketbola olan sevgisi ilə tanınır və əvvəllər bir neçə dəfə MBA matçlarında iştirak edib. Ötən mövsüm braziliyalı futbolçu dostu Şey Gilqs Aleksanderin iştirak etdiyi “Oklahoma Siti Tander”in “Los Anceles Klippers” ilə (134:115) oyununu izləyib. Həmin oyundan sonra Vinisius kanadalı basketbolçuya “Real”ın formasını da hədiyyə etmişdi.