Klubların 2024-cü ilin yayında etdikləri transferlərin sayı yeni rekord müəyyənləşdirib. Bu, FİFA-nın yay transfer pəncərəsinin nəticələri ilə bağlı hesabatından sonra məlum olub.
Ötən yay bütün dünya üzrə 11 min transfer qeydə alınıb ki, bu da tarixdə ən yüksək nəticədir.
Kişi futbolunda 2024-cü ilin yayında transferlərin ümumi dəyəri 6,4 milyard dolları ötüb. Keçən yayın 7,43 milyard dollarlıq rekord göstəricisindən sonra bu, ikinci ən yüksək məbləğdir. İngiltərə klubları transferlərə ən çox pul xərcləyib. Onların məsrəfi 1,6 milyard dollardan çox təşkil edib.
Qadın futbolunda 2024-cü ilin yayında 1125 transfer qeydə alınıb. Bu isə keçən illə müqayisədə 30% artım deməkdir. Bütün transferlərin ümumi dəyəri rekord 6,8 milyon dollar olub.