“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Styaua” (Rumıniya) heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Buxarest təmsilçisi müdafiəçi Mihay Popesku ilə anlaşıb.
31 yaşlı rumıniyalı oyunçu son olaraq ölkəsinin “Farul” kollektivində çıxış edib.
“Qarabağ” – “Styaua” görüşü 2025-ci il yanvarın 23-də Bakıda keçiriləcək.