“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan “Tottenhem” üçün bu turnir prioritet olmayacaq.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ange Postekoqlunun açıqlamasından belə qənaətə gəlmək olar.
Yunanıstanlı mütəxəssis onları bütün cəbhələrdə gərgin qrafik gözlədiyini, bu üzdən tez-tez heyətdə dəyişikliklər ediləcəyini açıqlayıb. Çalışdırıcı, xüsusən də, Avropa Liqası matçlarında gənclərə daha çox şans verməyi düşünür. Postekoqlu bildirib ki, Premyer Liqa görüşlərində az oyun şansı əldə edənləri məhz Avropa Liqasında sınamağı planlaşdırır.
Qeyd edək ki, “Tottenhem” Liqa mərhələsində ilk oyununu sentyabrın 26-da evdə məhz “Qarabağ”a qarşı keçirəcək.