“Düzdür, “Kəpəz”lə danışıqlarımız oldu, lakin razılaşa bilmədik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Cəlal Hüseynov deyib.

Adı “Kəpəz”lə yanaşı hallanan millimizin üzvü hələ ki, Azərbaycana qayıtmaq niyyətində olmadığını bildirib: “Ümumiyyətlə, klubum “Arda'” ilə bağlı heç bir problem yaranmayıb. Sadəcə, mənim bir az şəxsi sıxıntılarım olduğu üçün qayıtmaq istəyirdim. “Kəpəz”lə danışdıq, lakin razılaşa bilmədik. Ona görə də hələ ki, Azərbaycana qayıtmayacam”.

Qeyd edək ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb.

GÜNAY SÜLEYMANOVA

Shares: